Beyləqanda yanıq xəsarətləri alan 20 yaşlı gənc vəfat edib.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, rayon sakini, 2006-cı il təvəllüdlü Fərid Səfərli ağır yanıq xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, o, aldığı ağır yanıq xəsarətləri nəticəsində xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.