Göyçayda tövlədə yanğın hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Şəhadət-Qarabağlar kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Ələddin oğluna məxsus ümumi sahəsi 48 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və içərisində yığılmış 1.5 ton ot bağlaması ilə birlikdə yanaraq külə dönüb.

Yanğının söndürülməsi üçün əraziyə dərhal FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.