Bakının Xəzər rayonunda Mərdəkan qəsəbəsində dənizdə batan 17 yaşlı gəncin meyiti tapılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, N.İsmayılzadə iyulun 28-də Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batmışdı.