Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “53 №-li Yol İstismarı” MMC-nin direktoru dəyişib.
Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.
Əmrə əsasən, MMC-nin direktoru Şahin Şamxalov vəzifəsindən azad olunub.
Məlumata görə, “53 №-li Yol İstismarı” MMC-yə rəhbərlik Emin Quliyevə həvalə olunub.