Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.
Metbuat.az xəbər verir ki, turnirin 4-cü günündə Azərbaycanın daha 5 güləşçisi xalça üzərinə çıxacaq.
Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində israilli Sela Rozovla üz-üzə gələcək.
Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (69 kq) 1/8 finaldan, Gülxanım Şirinova (40 kq) və Nuray Cəfərli (46 kq) isə 1/4 finaldan mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.