"Bakı dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib və beynəlxalq yarışlara uğurla ev sahibliyi edir".
Metbuat.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının açılış mərasimində deyib.
O, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində ölkədə bu sahənin sürətlə inkişaf etdiyini qeyd edib, Azərbaycan təmsilçilərinin beynəlxalq turnirlərdə qazandıqları uğurların bunun bariz nümunəsi olduğunu bildirib:
"Burada müxtəlif ölkələrdən idmançılar iştirak edirlər. İnanıram ki, yarış Azərbaycan təmsilçiləri üçün uğurlu olacaq. Dünya çempionatında iştirak edən bütün güləşçilərə uğurlar arzulayıram"
Nazir həmçinin mundialı "idman bayramı" adlandırıb.