Qaxda Vətən müharibəsi qazisi bıçaqlanıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Ləkit-Kötüklü kəndində qeydə alınıb.

Kənd sakini, 43 yaşlı İlkin Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.

Onun kəsilmiş-deşilmiş xəsarətlər aldığı bildirilir.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Qeyd edək ki, 2 uşaq atası olan İ. Babayev Vətən müharibəsi qazisidir.