"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov 15, Ələsgər Məmmədli 14, Ruslan İzzətli 15, Ramil Babayev 13, Əli Zeynalov 14, Müşfiq Cabbarov 13, İlkin Əmrahov 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Metbuat.az xəbər verirki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Elmir Abbasov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.