Çinin şimal-qərbində yerləşən Qansu əyalətində baş verən qəfil daşqın nəticəsində azı 10 nəfər həyatını itirib, daha 23 nəfər isə xəsarət alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Sinxua agentliyi Dinsi şəhər dairəsinə daxil olan Veyyuan rayonunun yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hadisə iyulun 26-da Dinsi şəhərinə bağlı Veyyuan rayonundakı turizm zonalarından birində qeydə alınıb. Qısamüddətli, lakin güclü yağışlar nəticəsində yaranan daşqın ərazidə düşərgə salan turistləri çətin vəziyyətdə qoyub. Onlardan bir neçəsi təbii fəlakət səbəbindən ərazidə köməksiz vəziyyətdə qalıb.