Göygöldə keçirilən Milli Yaylaq Festivalında quraşdırılmış çardağın uçaraq ərazidə olan insanların üzərinə aşması nəticəsində xəsarət alan şəxslərin kimliyi müəyyən olub.
Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, xəsarət alaraq xəstəxanaya yerləşdirilənlər bu şəxslərdir:
Təranə Cəfərova (1975), Əli Məmmədzadə (2003), Vüsət Məmmədov (1997), Aybəniz Orucova (1990), Nailə İsmayılova (1968), Kamran Zeynalov (1998), Həmayə Fətullayeva (1968) və 8 yaşlı D. Abdullayeva.
Xatırladaq ki, keçirilən festivalda xəsarət alan şəxslər Gəncədə yerləşən xəstəxanaya aparılıb, müalicələri davam etdirilir.