Çinin Quanqdun əyalətində yaxınlaşan “Hunşa” tayfunu səbəbindən 340 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, saniyədə 42-48 metr sürətlə əsən küləklə müşayiət olunan tayfunun Şençjen və Hueylay şəhərləri arasındakı sahilə çatacağı gözlənilir.
Tayfunun daha sonra şimala doğru hərəkət edərək tədricən zəifləyəcəyi bildirilir.
Sinoptiklər yaxın 24 saat ərzində Quançjou şəhərində güclü leysan yağışlarının yağacağını, bəzi ərazilərdə yağıntının 250 millimetrə çata biləcəyini açıqlayıblar.
Bildirilib ki, tayfun təhlükəsi ilə əlaqədar Çin hökuməti ölkənin bir sıra bölgələrində narıncı təhlükə səviyyəsi elan edib.