Avqust ayı bəzi bürclər üçün peşəkar həyatda mühüm dönüş nöqtəsi ola bilər. Astroloqların fikrincə, bu dövrdə yeni iş təklifləri, vəzifə yüksəlişi, maaş artımı və uzun müddətdir gözlənilən karyera dəyişiklikləri gündəmə gələ bilər.
Metbuat.az xəbər verir ki, xüsusilə özünü inkişaf etdirmək istəyən və yeni çağırışlara açıq olan şəxslər üçün avqust ayı əlverişli imkanlar vəd edir.
Şirlər üçün avqust ayı karyera baxımından ən uğurlu dövrlərdən biri hesab olunur. Rəhbərlik tərəfindən fəaliyyətlərinin qiymətləndirilməsi, məsul vəzifəyə təyin olunmaları və ya yeni layihələrə rəhbərlik etmələri mümkündür. İş axtaran Şirlər isə gözləmədikləri bir təklif ala bilərlər. Maliyyə vəziyyətində də müsbət dəyişikliklər istisna edilmir.
Qız bürcü nümayəndələri uzun müddətdir davam edən iş axtarışını avqustda uğurla başa vura bilərlər. Müsahibələrdən müsbət nəticələr almaq, yeni kollektivə qoşulmaq və ya daha yaxşı maaşlı işə keçmək ehtimalı yüksəkdir. Bu dövrdə peşəkar bacarıqları artıracaq təlim və kurslar da gələcək uğurlar üçün mühüm rol oynaya bilər.
Oxatanlar üçün xarici şirkətlərlə əməkdaşlıq, ezamiyyətlər və beynəlxalq layihələr ön plana çıxa bilər. Yeni əlaqələr onların karyerasında mühüm dönüş yarada bilər. İşini dəyişmək istəyən Oxatanlar üçün də avqust əlverişli zamandır. Gəlirlərdə artım ehtimalı da yüksək qiymətləndirilir.