Astroloqların proqnozlarına görə, yaxın dövrdə bəzi bürclərin həyatında yeni mərhələ başlayacaq. Uzun müddətdir davam edən çətinliklər geridə qalacaq, onların yerini isə yeni imkanlar, uğurlar və müsbət dəyişikliklər tutacaq.
Metbuat.az xəbər verir ki, xüsusilə Qoç, Xərçəng, Tərəzi və Oğlaq bürclərinin nümayəndələri üçün bu dövr taleyüklü qərarlar və mühüm dönüş nöqtələri ilə yadda qala bilər. İş həyatında yüksəliş, yeni əməkdaşlıqlar, maliyyə baxımından əlverişli imkanlar və şəxsi münasibətlərdə müsbət irəliləyişlər gözlənilir.
Astroloqlar bildirirlər ki, bu bürclərin nümayəndələri keçmişdə onları saxlayan maneələri geridə qoyaraq öz potensiallarını daha rahat reallaşdıra biləcəklər. Yeni tanışlıqlar, gözlənilməz təkliflər və həyat tərzində dəyişikliklər də bu mərhələnin əsas xüsusiyyətləri sırasında yer alır.