İstanbulun "Fənərbağça" klubunda sürpriz ayrılıq baş verə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb. KİV-in yazdığına görə, komandanın əsas hücumçularından sayılan Kerem Aktürkoğlu yaxın günlərdə İstanbul klubunu tərk edə bilər.

Adıçəkilən nəşr ulduz futbolçunun yeni ünvanını da açıqlayıb. "Türkiye" qəzeti 28 yaşlı futbolçunun İtaliya klubuna keçəcəyini iddia edib.

"Fənərbağça" rəhbərliyinin bu transferə isti yanaşdığı bildirilir. Türkiyə klubunun Aktürkoğlunun keçidi sayəsində ciddi maliyyə qaynağı əldə etməyi hədəflədiyi vurğulanır.