Goranboyun Qaramusalı kəndində şəhid anası vəfat edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid Rüstəmov Qurban Tofiq oğlunun anası Rüstəmova Qumru Oruc qızı dünyasını dəyişib.

Mərhum kənd qəbiristanlığında dəfn olunub.

​Məlumat üçün bildirək ki, Rüstəmov Qurban Tofiq oğlu Birinci Qarabağ müharibəsi şəhididir. O, Goranboy rayonunun Qaramusalı kəndində anadan olub və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.