"Qalatasaray" və "Fənərbaxça" Rafael Leao uğrunda mübarizəni davam etdirir.

Metbuat.az xəbər verir ki, hər iki klub "Milan"ın portuqaliyalı ulduzunu transfer etmək istəyir. Türkiyə mətbuatının məlumatına görə, "Fənərbaxça" Leao üçün "Milan"a 40 milyon avro təklif edib. İstanbul təmsilçisinin futbolçuya isə illik 12 milyon avro maaş və bonusları nəzərdə tutan dörd illik müqavilə təklif etdiyi iddia olunur. Bildirilir ki, "Qalatasaray" rəqibinin prosesdə yer almasına görə transfer danışıqlarını ehtiyatla aparır.

Qeyd edək ki, Rafael Leao ilə bağlı hələlik klublar tərəfindən açıqlama verilməyib.