Yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək istəyən “Beşiktaş” transfer bazarında səs-küylü addım atmağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, İtaliya mediasının yaydığı məlumata görə, İstanbul təmsilçisinin uzun müddətdir danışıqlar apardığı “Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviçin meneceri rəsmi görüşlər keçirmək üçün İstanbula gələcək.
Bildirilib ki, 26 yaşlı futbolçunun nümayəndəsi “Beşiktaş” rəhbərliyi ilə görüşərək müqavilənin şərtlərini və maliyyə məsələlərini müzakirə edəcək. Turin klubundan ayrılması gözlənilən Serbiya millisinin üzvünü heyətinə cəlb etməklə “Beşiktaş” həm Türkiyə Super Liqasında, həm də Avropa kuboklarında iddialı komanda qurmağı hədəfləyir.
Məlumata görə, transferin taleyinə məhz İstanbuldakı görüşdən sonra aydınlıq gələcək. “Beşiktaş” rəhbərliyi Vlahoviç keçidini qısa müddətdə yekunlaşdırmağa çalışır.