Almaniya Futbol Federasiyası (DFB) milli komandanın yeni baş məşqçisini açıqlayıb.
Metbuat.az xəbər verir ki, federasiya Yulian Naqelsmanı əvəz edəcək şəxsin Yürgen Klopp olduğunu bildirib. Məlumata görə, təcrübəli mütəxəssis 2030-cu il Dünya Kubokunun sonuna qədər Almaniya yığmasına rəhbərlik edəcək.
Qeyd edək ki, Yürgen Klopp karyerasında ilk dəfə milli komandada çalışacaq. O, daha əvvəl "Borussiya Dortmund" və "Liverpul"da uğurlu çıxışları ilə tanınıb.