Sumqayıtda evdən meyit tapılıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, Qurd bağlar sahəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Namiq Tofiq oğlu Abbasovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.

Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.