Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb.

Metbuat.az xəbər verri ki, bu barədə DİN məlumat yayıb.

Paytaxtın Xətai rayonu ərazisində zərərçəkənə məxsus "Subaru" markalı avtomobil oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb. Araşdırmalarla şübhəli şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.