İngiltərənin "Liverpul" klubu ilə yollarını ayıran misirli ulduz Məhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İstanbulun “Beşiktaş” klubu 33 yaşlı futbolçu ilə razılığa gəlib. Tərəflərin gələn həftə müqavilə imzalayacağı gözlənilir.
Türkiyə mətbuatının yazdığına görə, futbolçunun İstanbula gəlişinə meneceri Rami Abbas mane olur. Buna səbəb menecerin Salahın transferi üçün “Beşiktaş”dan 6 milyon avro komissiya haqqı tələb etməsidir. Klub prezidenti Serdar Adalının “bu, mümkün deyil” məzmunlu açıqlaması Salahın “ağ-qaralı” kluba keçidini çətinləşdirib.
Tərəflərin gələn həftənin birinci günü yenidən bir araya gələrək müzakirələri davam etdirəcəyi gözlənilir.