İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi Hörmüz boğazından istifadə edən gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, o, "X" hesabında paylaşdığı açıqlamada boğazın cənub marşrutunun minalandığını və həmin istiqamətdə hərəkətin təhlükəli olduğunu bildirib.

"Hörmüz boğazının cənub marşrutu minalanıb. ABŞ-ın sizi aldatmasına imkan verməyin", - deyə Möhibi qeyd edib.

Bununla yanaşı, "Xatəm əl-Ənbiya" Mərkəzi Hərbi Komandanlığı Hörmüz boğazının bağlı qaldığını, lakin bəzi gəmilərin əvvəlcədən razılaşdırılmış marşrutlarla keçidinə icazə verilə biləcəyini açıqlayıb.