UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda dördüncü qol vurulub.Qonaqlar hesabı bərabərləşdirib - 2:2.

Metbuat.az-ın məlumatına görə, 47-ci dəqiqədə Yevgeni Malaşeviç fərqlənib.

20.19

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən "Neftçi" – "Dinamo" (Minsk) oyununda Azərbaycan təmsilçisi matça uğurlu başlayıb.

Metbuat.az xəbər verir ki, Bakıdakı "Palms Sports Arena"da keçirilən qarşılaşmada hesab cəmi 2-ci dəqiqədə açılıb. Komandanın kapitanı Emin Mahmudov dəqiq zərbə ilə "Neftçi"ni önə keçirib.

Ağ-qaralar üstünlüyünü 8-ci dəqiqədə daha da artırıb. Belarus təmsilçisinin futbolçusu Aleksandr Selyava avtoqol müəllifi olub və hesab 2:0-a yüksəlib.

Qarşılaşmanı Kiprdən olan FIFA referisi Konstantinos Fellas idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 30 iyul tarixində keçiriləcək. Bu cütün qalibi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.