Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən Məmmədov Rizvan Qasım oğluna sığorta agenti fəaliyyətinə verilmiş 1 iyun 2009-cu il tarixli, 000129 nömrəli lisenziya ləğv edilib.
Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, onun lisenziyası "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.8-ci maddəsinə əsasən (lisenziya sahibinin məqbul və lazımi keyfiyyətlərə malik olmaması və yaxud ölməsi) ləğv olunub.