İspaniyanın Soriya vilayətində yerləşən Arenilyas kəndi əhalinin sürətlə azalmasının qarşısını almaq üçün maraqlı təşəbbüslə çıxış edib. Cəmi 45 nəfərin yaşadığı yaşayış məntəqəsinin bələdiyyəsi buraya köçəcək ailələrə pulsuz mənzil və maaşlı iş təklif edir.

Metbuat.az xəbər verir ki, proqram çərçivəsində seçilən ailələr bələdiyyəyə məxsus, tam təmirli və bütün zəruri şəraitlə təmin olunmuş evlərdə kirayə haqqı ödəmədən yaşayacaqlar. Onlar yalnız elektrik, su və istilik kimi kommunal xidmətlərin xərclərini qarşılayacaqlar.

Bununla yanaşı, ailə üzvlərindən birinə kənd infrastrukturunun təmiri və yenilənməsi ilə bağlı daimi, ödənişli iş veriləcək. Həmçinin kəndin yeganə ictimai toplaşma məkanı olan barın idarə edilməsi də həmin ailəyə həvalə olunacaq.

Layihə əsasən məktəb yaşlı uşaqları olan ailələr üçün nəzərdə tutulub. Proqramdan yararlanmaq istəyən şəxslərin İspaniyada və ya Avropa İttifaqına üzv ölkələrdən birində qanuni yaşamaq və işləmək hüququ olmalıdır. Layihə çərçivəsində viza və ya yaşayış icazəsi təqdim edilmir.