Zabrat qəsəbəsində tullantı yığılmış sahədə yanğın başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.