Pirallahıda avtobus piyadanı vuraraq öldürüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Şabanov İlqar Bağır oğlu idarə etdiyi "İsuzu" markalı avtobus ilə Pirallahı qəsəbəsi, "Abşeronneft" NQÇİ-nin ərazisində geri hərəkət edərkən 1969-cu il təvəllüdlü, Pirallahı rayonu sakini Məmmədov Teyyub Ənvər oğlunu vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb.