İspaniya millisinin dünya çempionluğu ölkədə böyük coşqu ilə qarşılanıb.

Metbuat.az xəbər verir ki, dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən yığma kubokla vətənə qayıdıb. Komanda əvvəlcə Kral VI Felipe və kraliça Letisiya tərəfindən Zarzuela sarayında qəbul olunub. Daha sonra futbolçular baş nazir Pedro Sançeslə görüş keçiriblər.

Rəsmi proqramdan sonra çempionlar açıq avtobusla Madrid küçələrində azarkeşləri salamlayıblar. Məlumata görə, çempionluğu qeyd etmək üçün paytaxta təxminən bir milyon azarkeş toplaşıb.