"Barselona" prezidenti Joan Laporta Xulian Alvaresin transferi ilə bağlı növbəti dəfə danışıb.

Metbuat.az xəbər verir ki, katalon klubunun rəhbəri argentinalı hücumçu üçün ciddi təklif etdiklərini açıqlayıb. O, "Xulian Alvares üçün çox yaxşı təklif irəli sürmüşük. Bu təklifin nə vaxta qədər qüvvədə qalacağını açıqlayacağıq", – deyə bildirib.

O, bəzi transferlərin əvvəlcə mümkünsüz görünsə də, sonradan reallaşdığını xatırladıb. Məlumata görə, Alvares də "Barselona"ya keçmək istəyir və bu səbəbdən "Atletiko Madrid" rəhbərliyinə təzyiq göstərir.