UEFA prezidenti Aleksandr Çeferin İspaniya və Argentina arasında keçirilən dünya çempionatının finalına qatılmayıb.
Metbuat.az xəbər verir ki, The Times nəşri bunu UEFA ilə FİFA arasında yaranan gərginliklə əlaqələndirib. Bildirilir ki, əsas səbəb ABŞ millisinin hücumçusu Folarin Balogunun cəzalı olmasına baxmayaraq Belçikaya qarşı oyunda meydana çıxmasına icazə verilməsi olub. FİFA qırmızı vərəqədən sonra tətbiq olunan cəzanı 12 ay müddətinə şərti şəkildə dayandırıb. UEFA isə bu qərarı "anlaşılmaz və ədalətsiz" adlandıraraq turnirin bütövlüyünə zərbə vurduğunu bəyan edib. Həmçinin tərəflər arasında başqa məsələlər barədə də fikir ayrılıqlarının olduğu iddia edilir.
Məlumata görə, UEFA ABŞ-nin somalili hakim Ömər Artanın ölkəyə girişinə icazə verməməsinə narazılıq edib. UEFA həmçinin FİFA-nın əlavə fasilələr, fasilə şousunun uzadılması və dinamik bilet qiymətləri siyasətindən də narazıdır. Qeyd olunur ki, bu məsələlər iki qurum arasında münasibətləri daha da gərginləşdirib.