İran ölkənin qərbində ABŞ-yə məxsus raket və dron vurduğunu bəyan edib.

Metbuat.az xəbər verir ki, İran ordusu xəbər verib ki, ölkənin hava hücumundan müdafiə sistemləri ABŞ tərəfindən İslam Respublikasına doğru atılan qanadlı raketi vurub.

Digər bir bəyanatda isə bir neçə saat əvvəl İranın qərb hissəsində ABŞ-yə məxsus "MQ-9" tipli dronun vurulduğu bildirilir. Bundan əlavə, bu gün səhər saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gecə İranın cənubundakı döyüş əməliyyatları zonasında "casusluq edən" ABŞ kəşfiyyat dronunu vurduğunu bəyan etmişdi.