"Qalatasaray"ın əfsanəvi futbolçusu Mauro İkardi karyerasını Türkiyədə davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, bu iddia ilə "Sözcü" qəzeti çıxış edib. KİV argentinalı ulduzun meneceri Eila Pinonun İkardini hücumçu axtarışında olan İstanbulun "Beşiktaş" klubuna təklif etdiyini yazıb.
Yerli mətbuatın məlumatına görə, bu təklif "Besiktaş" rəhbərliyi üçün "göydəndüşmə" olub. Agli-qaralı klubun rəhbərliyinin gələn həftə İkardi ilə danışıqlar masası ərtafında əyləşib müzakirələrə başlayacağı bildirilir.
Bu xəbər Türkiyənin futbol ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. İkardinin əzəli rəqibə transfer arzusu sarı-qırmızılı tərəfdarlar arasında şok effekti yaradıb.
Qeyd edək ki, Mauro İkardi "Qalatasaray" forması ilə 134 matça çıxıb. O, rəqib qapılardan 77 qol keçirib.