İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Opel və motosikletin toqquşması nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.