Azərbaycanın təzyiqindən sonra “erməni soyqırımı”nın tanınması məsələsi İsrail Parlamentin gündəliyindən çıxarıb.
Metbuat.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.
İddiaya görə, İsrail rəsmiləri Azərbaycan tərəfini əmin ediblər ki, qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ Knessetin gündəliyindən çıxarılıb.
İsrailli bir mənbənin iddiasına görə, xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülən səsvermə Azərbaycan tərəfinin Baş nazirin Ofisi ilə əlaqə saxlamasından sonra Benyamin Netanyahu tərəfindən bloklanıb.
Qəzet yazır ki, bundan sonra İsrail hökuməti Azərbaycan rəsmilərinə məsələni Knessetin gündəliyindən çıxardığını və buna görə də ötən həftə yay tətilindən əvvəl keçirilən son plenar iclaslarda səsverməyə çıxarılmayacağını bildirib.