Transfer hazırlıqlarını sürətlə davam etdirən “Trabzonspor” heyətini gücləndirməyə davam edir. Bir müddət öncə milli futbolçu Aral Şimşiri rənglərinə bağlayan Qara dəniz təmsilçisi daha bir önəmli transferə imza atmağa hazırlaşır.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, bordo-mavili klub İspaniyanın “Valensiya” komandasında çıxış edən 25 yaşlı milli müdafiəçi Cenk Özkacarı rəsmi müqavilə imzalamaq üçün Trabzona gətirib. Türkiyə milli komandasının da formasını geyinən təcrübəli stoperlə tezliklə sözləşmənin imzalanması gözlənilir.
Karyerasına “Bucaspor” və “Altınordu” klublarında başlayan Cenk Özkacar, daha sonra “Altay” ilə peşəkar müqavilə imzalayıb. Buradakı uğurlu çıxışından sonra Fransa Liqa 1 təmsilçisi “Lion”a transfer olan futbolçu, daha sonra 5 milyon avro qarşılığında, icarə əsasında çıxış etdiyi İspaniyanın "Valensiya" klubuna birdəfəlik transfer olunub.
İspaniyadan ayrılaraq Türkiyəyə qayıdan gənc müdafiəçinin yaxın saatlarda “Trabzonspor”un düşərgəsinə qoşulacağı bildirilir.