ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi ilə İrana endirilən növbəti zərbələr seriyasının başa çatdığını bildirib.

Metbuat.az xəbər verir ki, ardıcıl səkkizinci gecə endirilən zərbələr zamanı Amerika qüvvələri sahil müşahidə və hava hücumundan müdafiə obyektlərini, dəniz infrastrukturunu, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanma yerlərini vurub.

Komandanlığın bildirdiyinə görə, zərbələr İranın hərbi potensialının daha da zəiflədilməsinə yönəlib.

Bundan başqa, iyulun 17-də İordaniyada amerikalı hərbi qulluqçulara edilən hücumlarda əli olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinə zərbələr endirilib.