Xəbər verdiyimiz kimi, iyulun 15-də axşam saatlarında Göyçay şəhəri ərazisində bıçaqlanma olub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 46 yaşlı rayon sakini Fariz Səlimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Mikayıl Əliyevə kəsici alətlə xəsarət yetirib. İlkin verilən məlumata görə, yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, M.Əliyev əməliyyat olunub və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev / Metbuat.az