İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin gələcəyi ilə bağlı yayılan müzakirələrə nöqtə qoyulub.
Metbuat.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası almaniyalı mütəxəssisə etimadını qoruyur və DÇ-2026-nın yekun nəticəsindən asılı olmayaraq onunla əməkdaşlığı davam etdirmək niyyətindədir.
"Daily Mail"ın məlumatına görə, rəhbərlik Tuxelin işindən razıdır və baş məşqçinin vəzifəsindən uzaqlaşdırılması hazırda gündəmdə deyil. Onun milli ilə 2028-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, İngiltərə yığması DÇ-2026-nın yarımfinal mərhələsində Argentina millisinə 1:2 hesabı ilə məğlub olaraq finala yüksəlmək şansını əldən verib.