Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Məlumata görə, 1934-cü il təvəllüdlü Surayə Babayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti Yevlaxın Qasım bəy Zakir küçəsində yerləşən yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.