İspaniya millisinin futbolçusu Lamin Yamal yarımfinal öncəsi komandasının hədəflərindən danışıb.
Metbuat.az xəbər verir ki, 19 yaşlı futbolçu böyük oyunlarda qol vurmağın hər zaman xüsusi olduğunu bildirib.
“Belə oyunlarda qol vurmaq həmişə özəldir. Mən də bunun üçün bura gəlmişəm. Sabah çox xüsusi gün olacaq”, – deyə Yamal qeyd edib.
O, İspaniyanın Avropa çempionu olduğunu xatırladaraq, heç bir rəqibdən çəkinmədiklərini vurğulayıb. Yamalın sözlərinə görə, Fransa ilə qarşılaşma dünya çempionatının ən maraqlı oyunlarından biri olacaq və hər iki komanda qələbə üçün hücum futbolu nümayiş etdirəcək.
Gənc futbolçu üzərində təzyiq hiss etmədiyini də qeyd edərək, əsas məqsədinin komandaya maksimum fayda vermək olduğunu bildirib.