Türkiyə Superliqasında yay transfer pəncərəsinin ən səs-küylü transferlərindən biri gerçəkləşib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" heyətini ingiltərəli hücumçu Meyzon Qrinvudla gücləndirib. İstanbul təmsilçisi futbolçunun transferi ilə bağlı bütün razılaşmaları yekunlaşdıraraq keçidi rəsmiləşdirib.

Məlumata görə, "Fənərbaxça" bu transfer üçün 40 milyon avro sabit ödəniş və əlavə olaraq 2 milyon avro bonus ödəyəcək. Növbəti satışdan isə onun sabiq klubu "Mançester Yunayted" 10 milyon avrodan artıq gəlir əldə edəcək. İngilis futbolçunun illik qazancı təxminən 10 milyon avro olacaq.

Futbolçu "Fənərbaxça" ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.