Türkiyədə ABŞ dolları rekord səviyyədə bahalaşıb. Bu gün qeydə alınan artım ekspertlər tərəfindən “təhlükə” kimi qiymətləndirilib.

Metbuat.az xəbər verir ki, ötən gün qonşu ölkədə 1 dollar 46,66 lirəyə satılıb. Bu gün 09:00-da isə 1 dollar alıcılara 46,70, nahar fasiləsindən sonra isə 46,80 türk lirəsinə təklif olunub.

Gələn həftənin sonuna kimi dolların ən azı 30 tl də bahalaşacağı gözlənilir.