Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 6-9-da Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək “İNNOPROM-2026” beynəlxalq sənaye sərgisində iştirak edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Bildirilib ki, Nikol Paşinyanın adı forumun spikerləri siyahısına daxil edilib. Tədbirdə Rusiyanın Baş naziri Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımalıyevin də iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “İNNOPROM-2026” beynəlxalq sənaye sərgisinin əsas mövzusu “Sənaye 360: Sərhədsiz istehsal” olacaq.