Dünya çempionatındakı uğursuz başlanğıcdan sonra Tunis millisinin yeni baş məşqçisi məlum olub.
Metbuat.az xəbər verir ki, Tunis Futbol Federasiyası tanınmış mütəxəssis Herve Renar ilə turnirin sonuna qədər müqavilə imzalayıb.
2022-ci dünya çempionatında Səudiyyə Ərəbistanının sükanı arxasında çempion Argentinanı məğlub etməklə diqqətləri üzərinə çəkən Renar indi Tunisi çətin vəziyyətdən çıxarmağa çalışacaq. F qrupunda mübarizə aparan Tunis millisi yeni çalışdırıcının rəhbərliyi altında növbəti matçlarda müvafiq olaraq Yaponiya və Niderland yığmaları ilə qarşılaşacaq.
Xatırladaq ki, 2026-cı il Dünya Çempionatının ilk oyununda İsveçə 5:1 hesabı ilə məğlub olan Tunisdə baş məşqçi Sabri Lamuşi dərhal vəzifəsindən kənarlaşdırılmışdı.