2026-cı il Dünya Çempionatının ilk matçında Avstraliya ilə qarşılaşmada zədəli olduğu üçün əsas heyətdə yer almayan Kənan Yıldızdan sevindirici xəbər var. Paraqvay matçı öncəsi gənc ulduzun səhhəti tam qaydasına düşüb və onun heç bir ağrısının qalmadığı açıqlanıb.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, məşqlərdə yüksək temp nümayiş etdirən və komanda ilə birlikdə tam gücüylə çalışan milli futbolçunun növbəti oyunda yığmanın ən böyük silahlarından biri olacağı gözlənilir. Baş məşqçi Vinçenzo Montella Paraqvayın sərt və kompakt müdafiəsini yarmaq üçün hücum xəttində Kənana mühüm tapşırıqlar verməyi planlaşdırır. Son qiymətləndirmələrdən sonra gənc ulduzun Paraqvay qarşılaşmasında ilk 11-də meydana çıxması gözlənilir.