Xəbər verdiyimiz kimi, Azərbaycanda zəlzələ olub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün yerli vaxtla günorta saat 15:13-də Göyçay rayonu ərazisində zəlzələ hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Davud Tarverdiyev / Metbuat.az