Ermənistanın Korrupsiya İlə Mübarizə Komitəsi seçicilərin ələ alınması hallarının aşkar edilməsi və qarşısının alınması məqsədilə ölkə üzrə genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin keçirildiyini bildirib.

Metbuar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qurumun məlumatına görə, əməliyyatlar son aylarda daxil olmuş operativ məlumatlar və vətəndaş müraciətləri əsasında həyata keçirilir.

Tədbirlər çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş alətlərdən və müasir texniki vasitələrdən, o cümlədən pilotsuz uçuş aparatlarından (dronlardan) istifadə olunacaq.