2026-cı il dünya çempionatında yarımfinala yüksələn növbəti komanda bəlli olub.

Metbuat.az xəbər verir ki, 1/4 final mərhələsində Argentina İsveçrəni əlavə vaxtda 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Argentinanın qollarını 10-cu dəqiqədə Aleksis Mak Allister, əlavə vaxtda isə 112-ci dəqiqədə Xulian Alvares və 120+1-ci dəqiqədə Lautaro Martines vurublar. İsveçrənin yeganə qoluna 67-ci dəqiqədə Dan Ndoye imza atıb.

72-ci dəqiqədə İsveçrə millisinin futbolçusu Bril Embolo ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Argentina yarımfinalda İngiltərə ilə üz-üzə gələcək.