Mətbəxlərimizdə tez-tez bişirdiyimiz, lakin demək olar ki, hər zaman ən faydalı hissəsini zibil qutusuna atdığımız bir tərəvəz var: Qırmızı çuğundur.
Metbuat.az xəbər verir ki, elmi araşdırmalar sübut edir ki, çuğundur təbiətin bizə bəxş etdiyi ən güclü gənclik və enerji iksiridir. Lakin onun möcüzəvi təsirini görmək üçün bişirmə qaydasına diqqət etmək şərtdir.
Çuğundura o tünd qırmızı rəngi verən betain maddəsi qaraciyər hüceyrələrini qoruyur və bədəndəki toksinlərin xaric olunmasını sürətləndirir. Alkoqol, yağlı yeməklər və stress səbəbindən yorulan qaraciyəri tamamilə yeniləmək üçün həftədə 2-3 dəfə çuğundur şirəsi içmək və ya salatını yemək kifayətdir.
Tərkibindəki yüksək miqdarda təbii nitratlar sayəsində çuğundur qan damarlarını genişləndirir və əzələlərə gedən oksigenin miqdarını artırır. Araşdırmalar göstərir ki, işdən və ya məşqdən əvvəl çuğundur şirəsi içən insanların enerjisi və dözümlülüyü 16% artır. Əgər gün ərzində özünüzü xroniki yorğun hiss edirsinizsə, dərman bura sığışır.
Çuğundur beyinə gedən qan dövranını tənzimləyərək yaşla bağlı yaddaş itkisinin və demansın (ağıl zəifliyi) qarşısını alır. Eyni zamanda, yüksək təzyiqi cəmi bir neçə saat ərzində normaya salmaq gücünə malikdir.
Çuğunduru saatlarla qaynatmaq onun içindəki bütün vitamin və antioksidantları məhv edir. Ən doğrusu onu çiy halda rəndələmək, şirəsini çəkmək və ya maksimum 15 dəqiqə buxarda bişirməkdir. Həmçinin, çuğundurun yarpaqları kökündən 3 dəfə daha çox dəmir və kalsiumla zəngindir – onları əsla atmayın, salatlara doğrayın!