Bu ilin yanvar-aprel aylarında Azərbaycana 24,5 milyon dollar dəyərində 3 877 ton çay idxal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 23% azdır.